İsmayıllı rayonunda "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində inşa olunan İsmayıllı Peşə Tədris Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılış mərasimində təhsil naziri Misir Mərdanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, "British Council" təşkilatının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları, ilk öncə 460 şagird yerlik Peşə Tədris Mərkəzi ilə tanış olub, sinif otaqları, emalatxana, kompüter mərkəzi, kitabxana, idman zalı və laboratoriyalarda yaradılmış şəraitlə maraqlanıblar. Yeni istifadəyə verilən İsmayıllı Peşə Tədris Mərkəzinin pedaqoji kollektivini təbrik edən təhsil naziri Misir Mərdanov bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Son illər ərzində təhsil sahəsində aparılan islahatlara toxunan nazir, nəinki paytaxtımızda, eləcə də regionlarda müasir tədris ocaqlarının istifadəyə verilməsinin ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB