“Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərsalma ilə bağlı söylədiyi məqamlar həqiqətən də vacib və bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması istiqmətində mühüm tapşırıq və tezislər idi”. Bu fikirləri SİA-ya açıqlamasında arxitektor Cahangir Qocayev deyib.
O bildirib ki, səhərsalmanı həyata keçirtməkdə iki vacib amil, birincisi həmin şəhərin, yaşayış məsgəninin yerləşdiyi ərazi, ikincisi isə əhali nəzərə alınmalıdır.
Onun sözlərinə görə, ərazi planlaşdırma sənədinin vəzifəsi ondan ibarətdir ki, həmin ərazidə elə şərait yaradılsın ki, orada yaşayan insanların davamlı, dayanıqlı və həyat fəaliyyəti təmin olunsun: “Prezident İlham Əliyev də ötən gün qəbulda da söylədi ki, Bakı şəhərinin hər bir yeri abad olmalı, xüsusilə də tikintlərlə bağlı vətəndaşları narahat edən problemlər aradan qaldırılmalıdır”.
Ölkə başçısının da qeyd etdiyi kimi, ölkəmizə bəzi hallarda şəhərsalma qaydalarının pozulduğunu deyən C. Qocayev söyləyib ki, istər sahibkarlar, istərsə də digərləri Tikinti Məcəlləsinə əməl etsələr o zaman bu qaydalar polsulmaz: “Tikinti prosesinin həyata keçirilməsi üçün əvvəlcə müvafiq şəhərsalma sənədi hazırlanmalıdır. Şəhərsalma sənədlərinin daha çox yayılmış forması ümumi plandır. Bu, daha çox regionları əhatə edir. Ondan sonra baş plan gəlir və ən nəhayət, müfəssəl planlaşdırma layihələri hazırlanır. Bu üç sənəd şəhərsalmada insanların ehtiyacının ödənilməsi üçün zəmanət verir”.
Mütəxəssis qeyd edib ki, bina tikərkən ara məsafənin gözlənilməsi mütləqdir: “Tikinti Məcəlləsinə görə, tikilən binadan baxarkən digər bina göz ucu ilə başdan ayağa süzülməlidir. Lakin çox təəssüf ki, bu gün Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda bəzi hallarda mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilir, sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirlər. Bu əlbəttə ki, tikinti ilə məşğul olanlar şəhərsalma qaydaları haqqında məlumatsızlığından irəli gəlir”.
C.Qocayev vurğulayıb ki, ölkəmizdə mövcud olan tarixi binalar ciddi qorunmalıdır: “Bu binalar cari təmir olunmalı, daha sonra əsaslı təmir olunmalıdır. Zaman keçdikdən sonra rekanstruksiya və sonda bərpa olunmalıdır. Bərpa olunanda da hansı materialdan tikilibsə, ondan istifadə edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB