Zakir Qaralovdan yeni təyinat

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.
SİA-nın verdiyi xəbərə görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb. E.Mürsəliyev bundan əvvəl idarənin Əməliyyat İdarəsinin rəisi işləyib.

Qeyd edək ki, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə