E.Süleymanova: “Amnistiya Aktı”nın qəbul olunması barədə parlamentə etdiyimiz müraciətə hələ cavab verilməyib”
İnsan Hüquqları Müvəkkilinin (ombudsman) Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə "Amnistiya Aktı"nın qəbul olunması barədə Milli Məclisə müraciətinə hələ rəsmi cavab verilməyib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib. O, qeyd edib ki, hazırda parlamentdə bununla bağlı müzakirələr aparılır. "Xeyli sayda millət vəkili bu təklifi bəyənib. Ümid edirəm ki, təklif müsbət nəticələnək və yaxın vaxtlarda buna cavab veriləcək".
Azərbaycanda ordu üzərində ictimai nəzarətin tətbiqinin lazım olduğunu deyən E. Süleymanova bildirib ki, artıq bir ildən çoxdur, bununla bağlı iş apardıqlarını deyən ombudsmanın sözlərinə görə, ictimai nəzarətin tətbiqində məqsəd hansısa əməliyyat planı ilə yaxud hansı silah və texnikalarla tanış olmaq deyil: "Məqsəd əsgərlərə qarşı nizamnamədən kənar hallara yol verilməsinin qarşısını almaqdır. Biz təklif etmişik ki, bununla bağlı dövlət hansısa qanun hazırlasın, əsasnamə təsdiq edilsin".
E. Süleymanova fevralın sonlarında orduda 7 nəfərin həlak olması ilə bağlı baş vermiş hadisəni də diqqətdə saxladığını bildirib. Ombudsman faktla bağlı araşdırma aparıldığını və nəticələrin ictimaiyyətə açıqlanacağına ümid etdiyini vurğulayıb.
Ombudsman bir neçə gün əvvəl Bakı şəhərində 5 yaşlı qız uşağının valideynləri tərəfindən döyülərək öldürülməsi faktı üzrə prosesləri də diqqətdə saxladığını bildirib. Burada bəzi faktların hüquq mühafizə orqanları tərəfindən diqqətlə və ciddi araşdırmasını vacib sayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB