Lənkəranda "İRADƏNLƏ QALİB GƏL !" şüarı altında kütləvi idman tədbiri keçirilib

Lənkəranda "İRADƏNLƏ QALİB GƏL !" şüarı altında kütləvi idman tədbiri keçirilib

Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “09 Noyabr-Dövlət Bayrağı Günü” münasibətilə “İradənlə qalib gəl” şüarı altında açıq qapı günündə müxtəlif idman növləri üzrə kütləvi idman tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsi müxtəlif idman növlərini təbliğ etmək, yeniyetmə və gənclərin idmana olan marağını artırmaq və rayonda idmanın kütləviliyinin artmasına təkan vermək məqsədi daşıyırdı.

Tədbirdə rayonun tanınmış məşqçi-müəllimləri, beynəlxalq dərəcəli idmançılar tərəfindən müxtəlif idman növləri: boks, ağır atletika, sərbəst güləş, yunan-roma güləşi, taekvando, cüdo, poverliftinq, futbol, basketbol, valeybol, badminton, şahmat idman növləri üzrə məlumat verilib, idman növləri üzrə ayrı-ayrılıqda ustad dərsləri keçirilərək məşqçi-müəllimlərin rəhbərliyi altında tədbir iştirakçılarının məşq etmələrinə köməklik göstərilib.

Ümumillikdə tədbirə 600-dən çox gənc qatılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə