YAP Göyçay rayon təşkilatında görüş keçirilib

YAP Göyçay rayon təşkilatında görüş keçirilib

Bu gün YAP Göyçay rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Göyçay rayon icra hakimiyyətinin başcısı Mehdi Səlimzadə bildirib ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın ərazi ilk partiya təşkilatlarınin işinin daha da gücləndirilməsi ilə əlaqədardır.

M.Səlimzadə ölkə başçısı İlham Əliyevin siyasəti nəticəsində, Azərbaycanın sürətlə inkşaf etdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Rayon rəhbəri, həmçinin vurğulayıb ki, bu uğurları həzm edə bilməyən və ölkəmizin imicinə zərbə vurmağa çalışan, sürətli inkişafa xələl gətirən daxili və xarici qüvvələrə qarşı sosial şəbəkələrdə hər bir partiya üzvü və vətənpərvər vətəndaş layiqli cavab verməlidir. Xalqımızın radikal müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərini, icazəsiz aksiyalarını qətiyyətlə pislədiyini qeyd edən M.Səlimzadə heç bir qüvvənin ölkədəki sabitliyi poza bilməyəcəyini bəyan edib.

Tədbirdə Ləkçıplaq kənd İ.Ə.D üzrə nümayəndəliyi yanında ərazi ilk partiya təşkilatının sədri Aydın Əliyev, rayon mərkəzi xəstəxanası yanında ərazı ilk partiya təşkilatının üzvü Leyla Əhmədova, şəhər 2 saylı tam orta məktəb yanıda ərazi ilk partiya təşkilatının sədri Rəşad Kərimov, Dövlət İdarəetmə və Texnalogiya Kolleci yanında ərazi ilk partiya təşkilatının sədri Səbinə Qurbanova və başqaları çıxış edərək dağıdıcı müxalifətin ölkədəki sabitliyi pozmağa yönəldilmiş icazəsiz aksiyalarını, onların antiazərbaycançı fəaliyyətlərini qətiyyətlə pislədiklərini qeyd etdilər. Çıxışlarda hər bi partiya üzvünün, hər bir vətəndaşın Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməli və o cümlədən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara qarşı mübarizədə daha fəal olmaq vurğulanıb.

Sonda qarşıda duran vəzifələrlə əlaqədar ilk partiya təşkilat sədrlərinə tövsiyə və tapşırıqlar verilib.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə