Prezident Xaçmaz və Yevlax rayonlarına yeni icra başçıları təyin etdi - SƏRƏNCAMLAR

Prezident Xaçmaz və Yevlax rayonlarına yeni icra başçıları təyin etdi - SƏRƏNCAMLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. SİA-nın verdiyi məlumata görə, Prezident növbəti Sərəncamla Elnur Şahbaz oğlu Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Dövlət başçısının digər sərəncamları ilə Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Anar Aqil oğlu Tağıyev təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə