“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nəsimi ili” - mədəni irsimizin təbliğində Türkiyə Universitetləri Məzunlarının rolu, II Bakı Forumu” layihəsinin icrasına başlayıb. İctimai birlikdən SİA-ya bildiriblər ki, noyabr ayında Bakı Konqres Mərkəzində keçiriləcək forumda məqsəd Türkiyə universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarını Nəsimi yaradıcılığının və mədəni irsimizin təbliği ilə bağlı bir araya gətirmək, panellər vasitəsilə gələcək hədəfləri müzakirə etməkdir.
Forumda Azərbaycanın və Türkiyənin müvafiq qurumları nümayəndələrinin, QHT və media təmsilçilərinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB