"KİVDF-nin əleyhinə söylənən fikirlər dövlətin mətbuat siyasətinə kölgə sala bilər" RƏY
“Bugünkü iqtidar hakimiyyətə gəldiyi ilk gündən mətbuata qayğı göstərib. Təsadüfi deyil ki, jurnalistlər həm Ümummilli Lider Heydər Əliyevi, həm də Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” seçiblər”. Bu fikirləri SİA-ya açıqlamasında "Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
O bildirib ki, cənab Prezidentin Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu (KİVDF) yaratması, qəzetlərə maliyyə yardımı ayırması və hər il yardımları artırması bu diqqətə misal ola bilər: “Jurnalistlərə təmirli mənzillərin verilməsi isə bu diqqət və qayğının pik nöqtəsi oldu. Mənzil alanların siyahısında bizim qəzetin əməkdaşlarından da bir neçəsinin adı var. Əgər cənab Prezident onlara bu mənzilləri verməsəydi, bu adamlar ömürlərinin sonuna qədər mənzil sahibi ola bilməyəcəkdilər. Əminliklə deyə bilərəm ki, bu mənzilləri alarkən, onlardan heç bir təmənna güdülməyib”.
N.Əliyev söyləyib ki, bu gün dövlətin yardımları olmasa, qəzetlər fəaliyyət göstərə bilməzlər: “Sübut etməyə ehtiyac yoxdur ki, müəlliflər yazdıqlarını arxivləşdirmək üçün onların qəzetlərdə dərc olunmasına çalışırlar. Təkcə bir neçə dövlət qəzeti olsaydı, insanlar illərlə yazılarının dərcinə həsrət qalardılar. Dövlətin jurnalistlərə göstərdiyi qayğı, yardımlar və s. elə dövlətin təsisatı kimi, KİVDF vasitəsilə həyata keçirilir. Ona görə də ayrı-ayrı saytlarda, sosial şəbəkələrdə KİVDF-nin əleyhinə söylənən fikirlər dövlətin mətbuat siyasətinə kölgə sala bilər, ictimai rəydə çaşqınlıq yaradar. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, bu gün təkcə mətbuatda yox, həmçinin qəzetlərin az qala 24 saat fəaliyyət göstərən saytlarında və sosial şəbəkələrdə dövlətin uğurlarını təbliğ edənlər də, əsasən, KİVDF-nin maliyyə yardımları ayırdığı qəzetlərdə çalışan jurnalistlərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB