Kor atın kor da nalbəndi olar

İndi də Ermənistanın xarici işlər nazirinin sərsəm bəyanatı öz ölkəsini uçuruma aparır

Məlum olduğu kimi, 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyətinin, birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqeyi Azərbaycanın xarici siyasətimizin ciddi uğuru saymaq olar. Bu uğurun təsirindən hələ çox yanan Ermənistan yenə də düzgün çıxış yolu tapa bilməyərək işğalçı ölkənin quduzlaşmış baş naziri Nikol Paşinyanın yolunu davam etdirən xarici işlər naziri Zöhrab Manatsakanyanın 120 dövlətin bəyanatını sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün və əxlaqsızlığın məhsulu ola bilər.

Atalar demişkən: "Kor atın kor da nalbəndi olar". Faşist xislətli, küçə təfəkkürlü baş nazirin xarici işlər naziri də eyni təfəkkürlü olmalıdır. Necə deyərlər, "atı atın yanında bağlasan, həmxasiyyət olmasa da, həmrəng olar". İndi də Ermənistanın xarici işlər naziri elə zənn edir ki, sərsəm bəyanatların bir nəticəsi olacaq, ancaq anlamırlar ki, beynəlxalq hüquq normalarında dövlətlərin ərazi bütövlüyü BMT-nin qətnamələrində, bütün beynəlxalq təşkilatların qərarlarında təsdiq olunur ki, dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır, güc yolu ilə onları dəyişdirmək mümkün deyil. Və bu həqiqəti də anlamırlar ki, istər BMT-nin əsas qətnamələrində, istərsə də əsasnaməsində dövlətlərin suverenliyinin pozulması yolverilməzdir. Buna əsaslanaraq Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə 120 dövlətin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini bəyan etdilər.

Sona Əliyeva: "Dünyada ikinci ən böyük təsisata rəhbərliyin Azərbaycana həvalə edilməsi, hər şeydən əvvəl ölkəyə, onun təhlükəsizliyinə və haqq-ədalət axtarışına inamdan, etimaddan irəli gəlir"

Sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sona Əliyeva Ermənistan Xarici İşlər Nazirliyinin gülünc mövqe nümayiş etdirdiyini bildirib: "Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri (bir daha qeyd edim ki, onların sayı 120-dir) məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edərək, beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə çağırmışdır".

Deputat vurğulayıb ki, Ermənistanın işğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyənatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur: "120 dövlətin verdiyi bəyanatı sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqəddəratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb. Bizə ikli standartlar nümayiş etdriən ölkələr, hər halda, beynəlxalq hüquq və prinsiplərə qarşı çıxa bilmədiklərindən, heç olmasa, həqiqəti qəbul etməli olublar. Bu gün Azərbaycanı dözümsüzlükdə və nifrət siyasətinin yürüdülməsində ittiham edən Ermənistan minlərlə azərbaycanlının qətlinə görə məsuliyyət daşıyır. Yaxşı olardı ki, onlar az da olsa, bu haqda da fikirləşsinlər. Hər halda, bu münaqişə Azərbaycana vurduğu zərər qədər də Ermənistanı zərərə uğradıb. Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, regionda böyük beynəlxalq layihələrdən təcridi Ermənistan iqtisadiyyatının tənəzzülünün əsas səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular, mütəmadi olaraq müzakirə olunur. Daxili kütləyə hesablanmış boş-boş bəyənatlar isə rəsmi hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil".

Deputat onu da söyləyib ki, görünən odur ki, zaman Azərbaycanın xeyrinə işləyir: "Məhz dünyada ikinci ən böyük təsisata rəhbərliyin Azərbaycana həvalə edilməsi, hər şeydən əvvəl, ölkəyə, onun təhlükəsizliyinə və haqq-ədalət axtarışına inamdan və etimaddan irəli gəlir".

Əziyyəti sadə erməni xalqı çəkir

Bəli, bu əvvəlki Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə "demokratı" başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət "siyasətinin" əziyyətini sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı, nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni bir daha təkrar çatdırdı: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir".

Bax, bu gün mötəbər tədbirdə - Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə 120 dövlətin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını təsdtiq edərək, Ermənistanı işğalçı ölkə adlandırması Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən yüksək QƏLƏBƏSİDİR.

Məhz Paşinyan və onun ətrafında olan anlamazlıqların real cavabı "Qarabağ Azərbaycanındır və nida işarəsi" və "Ermənistan işğalçı dövlətdir!" ifadəsini əvəz edən fikir ola bilməz. Prezident İlham Əliyev bütün çıxışlarında dəfələrlə xatırlatdığı BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsində də ərazi bütövlüyü prinsip əksini tapıb və Ermənistan işğalçı kimi göstərilib. Və bu gün Azərbapycan Prezidentinin apardığı xarici, ümumiyyətlə, bütün sahələr üzrə əvəzolunmayan siyasəti, məhz dövlət başçısının düşünülmüş siyasətinin uğurlu nəticəsidir. Ermənistanın siyasi isteblişmentində güclü təlaş yaradan məqam da elə budur.

Azərbaycan böyük diplomatik uğurlu imzası bundan sonra hələ çox olacaq

Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox belə böyük diplomatik uğura imza atacaq. Dünyanın böyük dövlətlərinin başçıları dəfələrlə bəyan ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər.

Bütün bu deyilənlər, bir daha sübut edir ki, işğalçı ölkənin işğalçı baş naziri Paşinyan, bütövlükdə öz xəstə komandası ilə birlikdə bu oyundan geri çəkilsin. Çünki keçirilən son görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inanmazsızlıq formalaşdırdı. Və nəticədə, 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyətinin, birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqeyi Azərbaycanın xarici siyasətimizin uğuru ilə yekun NİDASINI qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır: "Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Yəqin ki, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri "hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur" fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır".

Beləliklə, sadə bir məntiqi nəticə: Ermənistan nə qədər təxribat və sərsəm bəyanatlar səsləndirsə də, reallıq budur: TƏCAVÜZKAR QUDUZLAŞMIŞ İŞĞALÇI ERMƏNİSTAN ZƏBT ETDİYİ TORPAQLARDAN ÇÜIXMALIDIR, BAŞQA YOL YOXDUR!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə