Böyük Britaniyada “Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar” adlı kitabın təqdimat mərasimi keçirilib
Böyük Britaniya Parlamentinin Lordlar Palatasında "Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar" adlı kitabın təqdimat mərasimi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, kitabın təqdimatında parlamentin üzvləri, diplomatik korpusun nümayəndələri, aparıcı tədqiqat mərkəzlərinin ekspertləri, universitet tələbələri iştirak ediblər.
Azərbaycanlı alimlər Eldar İsmayılov və Nazim Müzəffərli tərəfindən qələmə alınan və ingilis dilinə tərcümə edilən kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti – münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb. Kitab üç dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunub. Tədqiqatda münaqişənin sona çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin olunması və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər əhatə olunur.
Tədbiri giriş sözü ilə Britaniya Parlamentinin üzvü Lord Veverli açıb, qeyd olunan kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlllindən sonrakı mərhələ ilə bağlı bir sıra nəzəri məsələlərin əks olunduğunu bildirib və eyni zamanda Britaniya-Azərbaycan Biznes Şurası və Azərbaycan Beynəlxalq Bankına tədbirin keçirilməsində dəstəyə görə təşəkkürünü bildirib. Təqdimat mərasimində həmçinin səfir Fəxrəddin Qurbanov və Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev çıxış edərək mövzuya dair mülahizələrini bildirmişlər. Daha sonra kitabın müəllifləri, Eldar İsmayılov və Nazim Müzəffərli, eləcə də kitabı redaktə etmiş Amerikalı tanınmış tədqiqatçı, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun direktoru Frederik Starrın iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB