Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşü keçirilib. Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün məqsədi, müzakirə olunacaq məsələlər barədə danışıb.

Sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ətraf mühitin mühafizəsi, ekoturizmin inkişafı, mövcud ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən layihələr və nazirliyin qarşısında duran vəzifələrlə bağlı təqdimatla çıxış edib.

Görüşdə iştirak edən iş adamlarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə