Biz şirkət olaraq əmək bazarına gənclər yetişdiririk İranə Əhmədova

Biz şirkət olaraq əmək bazarına gənclər yetişdiririk İranə Əhmədova

"Yarmarka ölkəmizin əmək bazarına töhfə vermək və məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratmaq baxımından xüsusi əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında, BŞH-nin İnsan Resursrsları və Kadrlar Şöbəsinin rəhbəri İranə Əhmədova bildirib. Şöbə rəhbəri əlavə etdi ki, "Yarmarkanın əsas məqsədi işaxtaran gənclərə nüfuzlu şirkətləri tanıtmaq və onlara karyera quruculuğunda dəstək olmaqdır. Ötən il keçirilmiş ilk yarmarkaya gənclərin marağı olduğundan 2-ci dəfə də belə tədbirin təşkil olunması qərara alınıb. İlk yarmarkanın nəticəsi olaraq 100-dən çox gənc müxtəlif şirkətlərdə, o cümlədən BŞH-də işçi olmaq şansı əldə edib".

İ.Əhmədova əmək yarmarkasının keçirilməsi ilə bağlı digər fikirlərini də bildirdi. "30 yaxın şirkətin iştirakı ilə keçirilən əmək yarmarkasının ilk günündə neft və tikinti sahəsi ilə bağlı idi. Bu gün isə otellər ilə tele-komunikasiya sahəsinə aid şirkətlər cəlb olununblar. Dünənki gündə əmək yarmarkasına 500-ə yaxın insan müraciət edib. İki gün davam edəcək yarmarkaya ümumilikdə 1500-ə yaxın gəncin gələcəyi gözlənilir.

Onu da nəzərə çatdırım ki, Bakı Şəhər Halqası olaraq ilk yarışlarda bizə könüllü kimi qatılan bir sıra gənclər gələcək yarışlarda bizdə artıq, işçi qüvvəsi kimi fəaliyyət göstərəcəklər. Bu da onu göstərir ki, biz şirkət olaraq əmək bazarına gənclər yetişdiririk".

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) Akademiyasında bu şirkətlə Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı əsasında keçirilən “Böyük imkanlara kiçik addım” adlı 2-ci karyera yarmarkası davam edir.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə