YAP Binəqədi rayon təşkilatında "Psixologiya gənclərin gözü ilə" adlı layihə həyata keçirilib

YAP Binəqədi rayon təşkilatında "Psixologiya gənclərin gözü ilə" adlı layihə həyata keçirilib

YAP Binəqədi rayon təşkilatında rayon təşkilatının gənc fəalı, Bakı Dövlət Universitetinin Psixologiya ixtisasının SABAH qrupları üzrə III kurs tələbəsi Nəzrin İmanovanın "Psixologiya gənclərin gözü ilə" adlı layihəsinin "Motivasiya" adlı təqdimatı həyata keçirilib.

Layihənin rəsmi hissəsində çıxış edən Nəzrin İmanova layihəsinin təqdimatına yaradılan şəraitə görə, YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon təşkilatının gənclərin layihələrinə və təkliflərinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Qeyd edib ki, yetişən və yetişməkdə olan gənclik öz savadı, intellektual potensialı və təşəbbüskarlığı ilə seçilir: "Təbii ki, bu göstəricilər bizləri sevindirir və gələcəyimizin etibarlı əllərdə olması inamını daha da gücləndirir. Bu gün YAP Binəqədi rayon təşkilatının gənc fəalı Nəzrin İmanovanın təhsil aldığı psixologiya ixtisası üzrə gənc psixoloqlara təqdim etdiyi layihəsi və təlimi də, bu baxımdan, olduqca əhəmiyyətlidir".

BDU-nun SABAH qrupları üzrə dekan müavini Gündüz Camalzadə çıxış edərək, Nəzrin İmanovanın öz fəallığı ilə seçilən tələbələrdən biri olduğunu bildirib. Bu cür təşəbbüs və fəallığına görə onu təbrik edərək, uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin tarix müəllimi Kəmalə Həsənova, YAP Binəqədi rayon təşkilatının gənc fəalı İsa Bayramov Nəzrin İmanovaya uğurlar arzulayıb.

Tədbirin rəsmi hissəsi başa çatıqdan sonra gənc fəal Nəzrin İmanova təlim proqramı ilə çıxış edib və gəncləri maraqlandıran sulları cavablandırıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə