Rektor: “Azərbaycan Dillər Universitetində korrupsiya ilə mübarizə sahəsində bir neçə qabaqlayıcı tədbirlər görüləcək”
Ali məktəblərdə şəffaflığın qorunması, korrupsiyaya qarşı görülən işləri universitet rəhbərlərindən yox, tələbələrdən soruşmaq lazımdır. Bu barədə SİA-ya verdiyi açıqlamasında Azərbaycan Dillər Univeristetinin rektoru, millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, daim bu istiqamətdə antikorrupsiya ilə bağlı ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları ilə birgə işlər görür, tədbirlər həyata keçiririk. S.Seyidovun sözlərinə görə, Azərbaycan Dillər Universiteti bu istiqamətdə ölkə təhsil sistemində xüsusi bir yer tutan ali məktəbdir.
"Biz həmişə çalışmışıq ki, universitetimizdə neqativ hallar minimum dərəcədə olsun. Bu istiqamətdə rəhbər işçilərdən, fakultə dekanlarından, prorektorlardan, rektordansa, bir dəfə tələbələrdən soruşmaq lazımdır ki, universitet hansı səviyyədədir və burada nə kimi işlər görülür. Biz bu istiqamətdə işlərimizi təşkil edirik. Bundan sonra da korrupsiya ilə mübarizə və şəffalığın artırılması istiqamətində çox ciddi işlər görəcəyik. Böyük ehtimalla bununla bağlı universitedə bir neçə qabaqlayıcı tədbirlər görüləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB