Mövlud Çavuşoğlu “Ziraat Bank Azərbaycan”ın filialının açılışında - FOTOLAR
Ziraat Bank Azərbaycan ASC 25.10.2019 tarixində 4-cü filialının açılışını Sumqayıt şəhərində həyata keçirib. SİA-nın verdiyi məlumata görə, açılışda Turkiyə Cumhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqanər, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak ediblər.
Türkiyənin Xarici İşlər Naziri Cənab Mövlud Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, Ziraat Bank Azərbaycanın “Bankkart” məhsulunu bankın sədri Avni Demircidən qəbul edib.
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkib və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlarına dəstək olmaq məqsədi ilə buranı seçtiyini qeyd edib.
"Ziraat Bank Azərbaycan" ASC olaraq ilk məqsədimiz Azərbaycan və Türkiyə arasında ticarətin inkişaf etdirilməsidir və iqtisadiyyatın dinamik olduğu yerlərdə filiallarımızın sayını artırmağa davam edəcəyik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB