Bu, onların sonu olacaq
"Milli Şura" 26 ildən artıq bir müddətdir ki, yüzlərlə rüsvayçı mitinqlərdən ibrət dərsi götürməyərək, ölkədə keçiriləcək bələdiyyə seçkiləriərəfəsi yenidən mitinq keçirmək qərarına gəlib. Ən gülüncü isə, bu qurumda özünü "siyasətçi" hesab edən satqın və əxlaqsız Əli Kərimli sosial şəbəkələrdən mitinqə çağırışlar edərək gəncələrə mitinqdə iştirak etmək çağırışı edərək, bildirir ki, "bunula gələcəyinizi təmin etmiş olursunuz". Alçaqlıq bu qədər də olmaz. Təəccüb də doğurmur. Ay satqın Ə.Kərimli, anla ki, əsl siyasətçi ona deyilir ki, səhvlərdən nəticə çıxarmağı, həmin səhvləri təkrarlamamağı bacarsın. Əgər siyasətçi səhvləri sıralayırsa və ən pisi, onları təkrarlayırsa, bu, primitiv düşüncənin, hədsiz ambisiyaların və gerçəyi anlamamağın, şərtlərin diqtəsini başa düşməməyin, marazm həddinə yüksəlmiş ambisiyalarla natamamlıq kompleksinin göstəricisidir.
Bəli, bu dağıdıcı düşərgədə 25 ildir ki, bu ambisiyalar aydın şəkildə özünü bürüzə verir. Ən maraqlısı isə, dağıdıcı düşərgənin dağıdıcı "liderləri" icazəli mitinqi bir "əmma ilə" "əmmamələyirlər". Xüsusilə də, AXCP sədri Əli Kərimli gecə-gündüz sosial şəbəkələrdən xalqı mitinqə gəlmək çağırışı etdiyi halda, özü mitinqdə iştirak etmir. Səbəb? Bəllidir.
Doğurdan da, bu həmin qurumda təmsil olunanların həyasızlığının yüksək dərəcədə olduğunun göstəricisidir. Yenə də eyni adamlar, eyni şüarlar. İndi də Ə.Kərimli sosial şəbəkələrdən noyabrın 2-nə təyin etdiyi mitinqə çağırışında ölkədə aparılan "sosial və iqtisadi islahatlar" məsələsi ətrafında maxinasiyalar edərək, xarici təşkilatlar qarşısında xal qazanmağa çalışmaqla, növbəti qrant həvəsindən yan keçə bilmədiyini açıq şəkildə sərgiləməkdədir.
"Milli Şura"nın növbəti sərsəm çağırışları da uğursuzluqla nəticələnəcək
Yenə də özlərinə məxsus qərəzli don geyindirən, hər şeyi qara rəngdə görən "Milli Şura"nın başbiləni, quldur, satqın Ə.Kərimli və ətrafı xarici havadarlarından əlavə qrant qoparmaq üçün bu dəfə qanunvericiliyimizə qarşı məkrli münasibətini "islahatçısayaq" "məntiq" və "düşüncələrinə", xəyallarına uyğun tərzdə formalaşdırır. Onun başlıca məqsədi, ilk öncə, ölkədə siyasi sabitliyi pozmaq, ölkədə bələdiyyə seçkiləri ərəfəsi qarşıdurma yaratmaqdır. Alçaq, mənəviyyatsız cinayətkar Ə.Kərimlidən ancaq belə çirkin əməllər gözləmək olar. "Milli Şura" da daxil olmaqla, ötən siyasi kampaniyalarda özünü doğrultmayan dağıdıcıların mitinq təşəbbüslərinin acı nəticələri, deyəsən, Ə.Kərimli və onun ətrafına toplaşan zümrələr üçün ibrət dərsi olmayıb.
Araz Əlizadə: "Uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır"
ASDP sədri, millət vəkili Araz Əlizadə "Milli Şura"nın mitinq etməkdə məqsədlərinin xaricdəki "yiyələri"nin onların pullarını kəsməməsinə çalışmaları olduğunu bildirib: "Onların çalışdıqları odur ki, xaricdəki "yiyələri" pullarını kəsməsin. Bu vaxta kimi özünü "Milli Şura" adlandıran yox olan ölü qurumun elə bir aksiyasını görmüsünüzmü ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr! Satqın Ə.Kərimlinin hiyləsinə bu günə kimi inanan bədbəxtlər, həqiqətən də, bədbəxtlərdir. "Milli Şura"nın mitinq keçirməkdə məqsədi nədir? Kimə və nəyə etiraz edilir?"
A.Əlizadə onu da vurğulayıb ki, siyasi gündəmdə qalmaqdan ötrü var-gəl edən, çıxış yolu tapmayanda isə, mitinq keçirəcəklərini deyən AXCP-"Milli Şura" cütlüyü ancaq satqınlıqla, qranta görə hər cür alçaqlığa hazır olanlardır. Bu mitinq şouları Əli Kərimli-Cəmil Həsənli cütlüyünün oyunbazlığıdır".
Millət vəkili onu da bildirdi ki, bu günlərdə bir jurnalist sual edib ki, son günlər AXCP sədri Ə.Kərimli tez-tez ABŞ səfirliyinə gedir. Mən də cavab verdim ki, "uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır".
Sərdar Cəlaloğlu: "Faktiki yox olan "Milli Şura"nın mitinqinə nə ehtiyac?"
ADP sədri Sərdar Cəlaloğlu da bildirib ki, "Milli Şura" deyilən bir şey yoxdur axı: "Mitinq keçirmək, bununla da, hər hansı bir uğur əldə edə bilmək şansı sıfır həddindədir. Bu qurum ölü bir qurum kimi, sadəcə, quru adı üzərində "yaşayır". Bu baxımdan, ölü bir qurumun heç bir tədbirinə ciddi yanaşmırlar. Çünki qeyri-ciddidən ciddilik gözləməyin özü də absurd fikirdir".
S.Cəlaloğlu bildirib ki, doğurdan da, adam belə mənasız mitinq oyunlarından bezib: "Sosial bazadan tamamilə məhrum olan Ə.Kərimli, boğazdan yuxarı çağırışlarla xalqı mitinqə toplamaq olmaz. Çünki insanlar artıq bugünükü müxalifət partiyalarına etimad göstərmir. Hay-küylə iş bitmir. Artıq bunu keçirilən mitinqlərin nəticələri də sübut edir".
Ə.Kərimli nəyə ümid edir?
Bəllidir. Əli Kərimli başa düşür ki, gün keçdikcə, onun siyasi karyerasının perspektivləri daha da acınacaqlı olur. Ona görə də, xarici mərkəz və təşkilatları maraqlandırmaq üçün ona ölkədəki vəziyyəti destabilizə etmək lazım idi. Onu gülünş obyektinə çevrilmək perspektivi qətiyyən narahat etmir və o, hər dəfə daha böyük səylə öz qəzəbli gücsüzlüyünü göstərməyə çalışır. Və başa düşmür ki, Azərbaycan cəmiyyəti onu çoxdan ciddi qəbul etmir. Bu səbədən də, Ə.Kərimli nəyin bahasına olur-olsun, üzdə qalmaq və imkan yarandıqca öz mövcudluğunu nümayiş etdirmək istəyir.
Ancaq Ə.Kərimli anlamalıdır ki, cəmiyyətin belə perspektivsiz, mənasız və məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır. Çünki sizin kimi satqınların qatarı çoxdan gedib... Və keçirəcəyiniz o mitinq-şoularınız da meymunluq eləməyiniz də özünüzə qalacaq.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB