Azərbaycanlı gənclər Ankarada konfrans keçirib

Azərbaycanlı gənclər Ankarada konfrans keçirib

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin (AGAH) bir yaşı tamam olub.

SİA xəbər verir ki, bu münasibətlə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında konfrans keçirilib.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra AGAH-ın sədri Təbriz Raufoğlu təşkilatın fəaliyyəti, məqsəd və vəzifələrindən danışıb.

Rəsmi hissədə və panellərdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Yaşar Karadağ, Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Fuad Kərimov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsinin (YTB) sədr müavini Sait Yusif və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda AGAH-ın fəaliyyəti yüksək dəyərləndirilib, Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyətinə, türk dünyası gənclərinin inteqrasiyasına dair çağırışlar edilib.

Toplantı bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə