Noyabrın 2-3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək. SİA xəbər verir ki, festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan ailə təsərrüfatçıları tərəfindən müxtəlif növ məhsullar çıxarılacaq, o cümlədən əl işlərinin sərgi-satışı həyata keçiriləcək.
Həmçinin ailə təsərrüfatçıları arasında “Fəal ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki “Ailə təsərrüfatı məhsulları” festivalı özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB