BEX-in Baş katibi Bakıda imzaladığı sənəd barədə yazdı

BEX-in Baş katibi Bakıda imzaladığı sənəd barədə yazdı

Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak öz Twitter səhifəsində Qərbi Kaspi Universiteti və Enerji Xartiyası arasında imzalanmış memorandum barədə paylaşım edib. Baş katib Memorandumun mahiyyətindən bəhs edib.

Qeyd edək ki, ötən həftə Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Qərbi Kaspi Universiteti və Enerji Xartiyası arasında Memorandum imzalanıb.

Memorandum Enerji Xartiyası Müqaviləsi və Beynəlxalq Enerji Xartiyası Prosesi ilə əlaqəli mövzularda akademik tədqiqatların aparılması və tədbirlərin təşkilini istiqamətləndirməyi özündə ehtiva edir. Sənədə əsasən Qərbi Kaspi Universitetinin tələbələri Xartiyanın Brüsseldəki mənzil qərargahında, təşkilat tərəfindən müəyyən edilmiş ümumi tənzimləmə altında təcrübə keçmək, təqaüd proqramlarından yararlanmaq imkanı əldə edəcəklər. Eyni zamanda birgə tədbirlərin təşkili, universitet müəllimlərinin elmi tədqiqata cəlb olunması əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə