30-dan çox reys təxirə düşdü

Hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında 30-dan çox reys təxirə salınıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvada küləyin sürəti saniyədə 23 metrə çatıb.

Bölgənin fövqəladə hallar xidmətinin açıqladığı məlumata görə, 30-dan çox reys uçuş və gəliş üçün təxirə salınıb.

Hazırda hava limanları hava şəraitinə uyğun olaraq fəaliyyətini davam etdirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə