Hüseynqulu Bağırov: “İndi nazirlik tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri daha artıq həcmdə həyata keçirilir”
"Ekologiya və Təbii Sərvətlər Nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə həsr olunan kollegiya iclası keçirilib. Nazirlik tərəfindən korrupsiyaya qarşı intensiv mübarizə tədbirləri görülüb, indi isə bu işlər daha artıq həcmdə həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. O bildirib ki, milli parklarda mühafizənin gücləndirilməsi, orada qanunsuz ovların qarşısının alınması, ətraf mühitə dəyən ziyanlarla bağlı adekvat tədbirlərin görülməsi istiqamətində işlər görülür. 2010-cu ildə ekologiyaya vurulan ziyana görə 6 milyon manata yaxın cərimənin tətbiq olunduğunu deyən nazir bunun 1,2 milyon manatının ödənildiyini söyləyib. Onun sözlərinə görə, hazırda qalan cərimələrin ödənilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə iş aparılır ki, onlar lazımi şəkildə Ətraf Mühitin Mühafizə Xidmətinə çatdırılsın.
"İşinin öhdəsindən gəlməyən işçilər vəzifəsindən uzaqlaşdırılır. Şəkidən Şamaxıya qədər meşə mühafizə idarələrinin rəislərinə qarşı çox sərt tədbirlər görülüb. 120 dən çox meşə mühafizəsi işçisi işdən azad olunub. Son kollegiya iclasında da 6 nəfər məsul şəxs-milli park direktoru, onun müavini, meşə mühafizəsi idarələrinin rəisləri işdən azad olunub".
Nazir deyib ki, əhalinin müraciətlərinin şəffaflaşdırması üçün də nazirlikdə "Qaynar xətt" sistemi, xüsusi şərait yaradılıb. Yanvar ayında 44-dən çox şikayətin daxil olduğunu deyən H.Bağırov vurğulayıb ki, hər bir şikayət yerlərdə araşdırılır və müvafiq tədbirlər görülür.
"Cərimələrin ödənilməsi üçün Ədliyyə Nazirliyi və məhkəmə icraçıları ilə birlikdə iş görülür ki, sualı olan təşkilat öz haqqını məhkəmə yolu ilə sübut etsin ki, buna cərimə haqlı tətbiq olunmayıb. Belə olan halda məhkəmə icraçıları cərimənin ödənilməsində, təminatında bizlərə kömək edəcək. Nəticədə müəyyən dərəcədə faiz artıb", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, son zamanlar insanları daha çox maraqlandıran məsələ şəhərlərdə yaşıllıqların qorunmasıdır. Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, bəzən onların sahibi, qorunması xidməti ilə məşğul olacaq insanlar da bunun öhdəsindən lazımi səviyyədə gəlmir: "Bunun qarşısını almaq üçün biz də maksimum səviyyədə çalışırıq. Ötən il 8 milyondan çox ağac əkilib, amma bu təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işi deyil. 2 milyona yaxın ağacı kollektivlər, ayrı-ayrı təşkilatların nümayəndələri, tələbələr tərəfindən əkilib. Ancaq təkcə bununla iş bitmir. Artıq insanın ətraf mühitə təsiri kritik həddə çatıb və gözəgürünən nəticələr verib. Buna görə də təkcə inzibatı qaydaları dəyişməklə iş bitmir, həyat tərzi münasibət, davranış dəyişməlidir. Bu sahədə də müəyyən təkliflər hazırlanır və Nazirlər Kabinetinə təklif olunur, razılaşdırılması üçün isə müxtəlif təşkilatlara göndərilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB