Bakıda keçiriləcək sərgidə italyan şirkətləri də iştirak edəcək

Bakıda keçiriləcək sərgidə italyan şirkətləri də iştirak edəcək

Dekabrın 3-dən 6-dək Bakıda keçiriləcək BAKUTEL sərgisində İtaliyanın İKT sahəsində ixtisaslaşmış bir neçə şirkəti də iştirak edəcək. SİA xəbər verir ki, Azərbaycan-İtaliya Ticarət Palatası ITAZERCOM və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə dəvət olunan şirkətlər İtaliyanın İKT, Aerospace və Cyber Security Innovation sahələri üzrə yeniliklərini ölkəmizdə tanıdacaqlar.

Bu il 25-ci dəfə keçiriləcək sərginin məqsədi həmişə olduğu kimi beynəlxalq əməkdaşlığı genişləndirmək və gücləndirmək, xarici istehsalçılar və yerli alıcılar arasında işgüzar əlaqələri inkişaf etdirmək, qurumlar və iri yerli şirkətlərlə birbaşa münasibətlər yaratmaqla ölkənin bu sahədəki potensialını nümayiş etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə