Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüş TƏDBİR

Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüş TƏDBİR

Bu gün “GəncLİK” ( Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramının iştirakçıları Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüblər. SİA xəbər verir ki, görüş zamanı Vəkillər Kollegiyasının sədri son iki il ərzində Azərbaycan vəkilliyində aparılan islahatlar, həmin islahatların reallığa qovuşmasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qəbul olunmuş 22.02.2018-ci il tarixli vəkilliyin inkişafı haqqında Sərəncamın əhəmiyyəti və aidiyyati digər dövlət əhəmiyyətli sənədlər, ölkə üzrə vəkillərin sayının artım dinamikası, habelə bu artımda gənc hüquqşunasların payı, insan hüquqlarının peşəkar və səmərəli müdafiəsində vəkillərin müstəsna rolu barədə fikirlərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti 3 ay ərzində gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri baş tutacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə