Dünyaya "üzü olmayan" uşaq gəldi

Dünyaya "üzü olmayan" uşaq gəldi

Potuqaliyanın San Bernardo de Setubal şəhərində yerləşən xəstəxanada anadangəlmə üz qüsuru olan körpə dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, deformasiya olmuş üzlə dünyaya gələn körpənin gözləri, burnu və kəllə hissəsi olmayıb.

Qeyd olunur ki, valideynlərin körpəsinə həssas münasibəti sayəsində uşaq nəinki sağ qalıb, hətta iki həftədən sonra təkbaşına şüşədən yemək yeməyi də öyrənib. Uşağın atası baş verənlərdə qadının hamiləliyin müddətində ona nəzarət edən həkimi günahlandırıb. Bildirilib ki, həkim hamiləlik müddətində aparılan ultrasəs müayinələrdə heç bir patoloji halın olduğunu hiss etməyib. Dəfələrlə cütlüyə uşağın inkişafının qaydasında olduğunu bldirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə