Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Ultima ora” (“Son saat”) qəzeti, “News24hours” xəbər portalı Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü barədə məlumatlar yayıb, videolar paylaşıb.
Tədbirin mahiyyəti, məqsədi, tarixi, eləcə də iştirak edən nümayəndə heyətləri barədə geniş yazılar verilib. XVIII Zirvə Görüşünün beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Qoşulmama Hərəkatının böyük beynəlxalq siyasi təşkilat olaraq, çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biri olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB