FHN: "Bu ilin doqquz ayı ərzində respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib"
Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.
SİA FHN-ə istinadən bildirir ki, hesabat dövründə respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib. Bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.
Həmin hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB