Cəlilabadda qədim dövrə aid yeni maddi-mədəniyyət nümünələri tapılıb
Cəlilabadda şum işləri aparılarkən torpağın altından qədim dövrə aid yeni maddi-mədəniyyət nümünələri üzə çıxıb.
SİA xəbər verir ki, aşkar edilmiş maddi-mədəniyyət nümünələri Cəlilabad rayonunun Edişə kənd sakini İlham Əliyevə məxsus həyatyani sahəsinin şümlanması zamanı tapılıb.
Kənd sakininin sözlərinə görə, əvvəllər də bu ərazidə qədim dövrə aid müxtləif əşyalar aşkar edilib. Lakin, bu dəfə ərazidə məişət əşyaları ilə yanaşı, tuncdan hazırlanmış müxtəlif nizə ucluqları, xəncər və qılıncın tapılması buranın daimi yaşayış məskəni olmasından xəbər verir.
Yeni tapıntılar arasında həmçinin, saxsıdan hazırlanmış kiçik diametrli boru qalıqları da var. Tarixçilərin fikrincə yeni tapılmış maddi-mədəniyyət nümunələri ərazidə uzun müddət fasiləsiz həyatın mövcud olduğunu göstərir.
Qeyd edək ki, bu tip tarixi tapıntılara Eçara kəndinin də müxtəlif ərazilərində rast gəlinir. Ancaq, bu tarixi məkanlar indiyə kimi mütəxəssislər tərəfindən tətqiq olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB