"Qoşulmama Hərəkatının Gənclər Sammiti böyük əhəmiyyətə malik bir tədbirdir"
Dünya əhalisinin əhəmiyyətli hissəsini gənclər təşkil etdiyi üçün onların inkişafın bütün mərhələlərində iştirak etməsi çox vacibdir. Bu gün dünyada bir çox münaqişələrlə, yoxsulluq, ekstremizm və terrorizm kimi problemlərlə qarşılaşırıq. Öz gələcəyini idarə etmək və daha yaxşıya doğru dəyişmək istəyən gənclər çoxdur. Bu baxımdan, Azərbaycanda ilk dəfə olaraq gənclərin iştirakı ilə belə bir tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçısı, Afrika Gənclər Təşkilatının sədri Bhonqolvethu Sonti deyib.
“BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinin tam həyata keçirilməsinə 11 illik bir müddətimiz var. Bu isə dünyada gənclərin üzərinə həlledici qərarlar qəbul etmək və ilk növbədə, hərəkətə keçmək kimi böyük məsuliyyət qoyur”, - deyə sammit iştirakçısı bildirib.
Bhonqolvethu Sonti Qoşulmama Hərəkatının Gənclər Sammitini Azərbaycanın Hərəkatın inkişafına verdiyi töhfə kimi qiymətləndirib. “Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməklə həlledici qərarların qəbul edilməsində gənclərin rolunu artırmaq üçün üzərinə götürdüyü bu məsuliyyətli missiyanı uğurla yerinə yetirəcək”, – deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB