“Azərbaycan qadınlarının cəmiyyətdə rolu və fəaliyyəti” adlı dəyirmi masa keçirilib
Bu gün "Səs" qəzetinin redaksiyasında "Azərbaycan qadınlarının cəmiyyətdə rolu və fəaliyyəti" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Səs" qəzetinin şöbə müdiri Rəfiqə Kamalqızı, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərvanə Kazımzadə, "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin əməkdaşı İradə Əliyeva, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynənsə Paşayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Laçın Həsənova, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və ölkənin bir sıra fəal qadınları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdiri Rəfiqə Kamalqızı bildirib ki, Azərbaycan qadını həmişə öz uğurları ilə öndə olub: "Qadın ilk öncə anadır. Azərbaycan qadınının cəmiyyətdə çox böyük rolu olub. Azərbaycan qadınlarına həmişə cəmiyyətdə ehtiyac var".
Tədbirdə söz alan YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva vurğulayıb ki, qadınlarımız keçmişdə və indiki dövrümüzdə çox fəaldırlar. "Azərbaycan qadınları həmişə öndə olublar. Biz bu xanımlarımızı gələcək nəsillərə örnək bilməliyik. Xanımlarımız döyüşlərdə belə kişilərdən geri qalmayaraq çiyin-çiyinə döyüşüblər", - deyə S.Vəliyeva əlavə edib.
Daha sonra çıxış edən "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin əməkdaşı İradə Əliyevanın fikrincə, Azərbaycan qadınına stimul lazımdır. İ.Əliyeva qeyd edib ki, Azərbaycan xanımları çox fəal olduqları üçün hər sahədə uğurları qazana biliblər.
Daha sonra Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova ifadə edib ki, Azərbaycan Milli Elmlər Akademiyasında savadlı alim qadınlarımız var və onların gördükləri işləri ictimaiyyətə çatdırılmalıyıq. S.Yusifova diqqətə çatdırıb ki, dövlət strukturlarında qadınlarımızın fəaliyyəti çox yüksək səviyyədədir.
Qeyd edək ki, tədbirin davamında qonaqlar mövzu ətrafında öz fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB