TQDK sədri və təhsil naziri dərsliklərdəki səhvlərlə bağlı məsələyə münasibət bildirdilər
"Müəyyən dərsliklərdə olan səhvlikləri aradan qaldırmaq üçün Təhsil Nazirliyi ilə birgə iş aparırıq. Amma biz hazırladığımız vəsaitlər də dərs vəsaiti kimi istifadə oluna bilər". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə son zamanlar dərsliklərdəki səhvlərlə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hələ ki, dərsliklərdə aradan götürülməyən müəyyən səhvlər var, bizim vəsaitlərdə isə bunlar aradan götürülüb.
"Ona görə də biz abituriyentlərə məsləhət görürük ki, onları istifadə etsinlər. 15 ildir ki, biz hər yeni dərsliklər çıxanda onları mütləq oxuyur və səhvlər varsa, onları düzəldirik. Səhvlər müxtəlif ola bilər texniki, elmi, stilistik və sairə. Təhsil Nazirliyi də bu işlərdən razıdır. Hər il dərslikləri redaktəetmə işi aparır və çap edilir. Bu ümumi işə, dərsliklərin keyfiyyətini qaldırmaq üçün faydalıdır".
Təhsil naziri Misir Mərdanov da dərsliklərdə bəzi səhvlərin olması fikri ilə razılaşıb. O qeyd edib ki, hazırda onların aradan qaldırılması üçün birgə iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB