Od Çərşənbəsi İlaxır çərşənbələrindən ikincisidir. SİA-nın xəbərinə görə, buna xalq arasında Üsgü çərşənbə, Üsgü gecəsi, yaxud əzizləmə məqsədi ilə Adlı çərşənbə də deyilir. Keçmiş adətlərə görə, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət tez isinər və insanlara xoşbəxtlik gətirər. Əvvəlki inanclarda bildirilib ki, insanın qızındığı ilk mənbə də ağac kultu hesab olunurdu. Atəşpərəstlərə görə, iki ağacı bir-birinə sürtməklə od əldə etmək olardı. Ulu babalarımız bunun şərəfinə "Şəhrivər" adlı şənliklər keçiriblər. İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunurdu. Od ilə istinin əsas mənbələrindən biri Günəşin istisi hesab edilirdi.
Qeyd edək ki, Qodu nəğmələri xalq arasında geniş yayılıb. Od çərşənbəsi - Günəş - Od- Atəş inamı ilə bağlı bir çox nəğmələr, mərasimlər və rəvayətlər bu günümüzədək gəlib çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB