Lənkəranda dini radikalizmə qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Qurumba kəndində maarifləndirici tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Qurumba kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, məscidin imamı Elyar Babayev, kənd ağsaqqalları və gənclər iştirak edib.
Çıxışlar zamanı qeyri-ənənəvi dini cərəyanlar və onlara qarşı aparılan mübarizə haqqında tədbir iştirakçıları məlumatlandırılıb. Gənclərin zərərli vərdişlərin və dini radikalizmin təsirlərindən qorunması istiqamətində Dövlət tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırıb. Vurğulanıb ki, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, tolerantlıq və multikulturalizmin geniş təbliğ edilməsi dini radikalizmə qarşı effektiv mübarizə formasıdır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB