Bu gün YAP Tərtər rayon təşkilatının şura iclası keçirilib. Ərazi ilk partiya təşkilatı sədrləri, qadınlar şurası və gənclər birliyinin üzvləri iştirak etdiyi tədbirdə, rayon təşkilatının sədri Ramiz Şabanov məlumat verib ki, 12 oktyabr 2019-cu il tarixdə YAP Mərkəzi Aparatında partiyanın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə son illərdə partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atıldığını, Azərbaycan dövlətinin çıxış etdiyi təşəbbüslərin regionda və dünyada müsbət qarşılandığından dövlətimizin nüfuzun artdığını, iqtisadiyyatımızın sürətli inkişafı nəticəsində, ölkənin maliyyə imkanlarının yüksəldiyini qeyd edib.
R.Şabanov qeyd etdi ki, müşavirədə cari ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə ölkədə ciddi hazırlıq işlərinin aparılmasında hakim siyasi partiya olan Yeni Azərbaycan Partiyasının və onun yerli strukturlarının görəcəyi işlər barədə Ə.Əhmədov konkret tapşırıqlar və tövsiyələr verdi. R.Şabanov bələdiyyə seçkiləri ilə əlaqədar görüləcək işlərin tələblər səviyyəsində həyata keçiriləcəyinə rayonumuzda, həmişə olduğu kimi, builki seçkilərdə də YAP-ın qələbəsinin təmin olunacağına əminliyini bildirib, bütün ərazi ilk partiya təşkilatlarının bu istiqamətdə işlərin gücləndirilməsi tapşırığını verib.
İclasda çıxış edən YAP Tərtər rayon təşkilatının şura üzvü Kamil Məmmədov, rayon təşkilatı gənclər birliyinin sədri Tunarə Məmmədzadə, şura üzvü Fitat Əliyeva, ərazi ilk partiya təşkilatı sədrlərindən Pərviz Mustafayev, Vəli Əliyev çıxış edib, ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin və partiyanın təşəbbüslərinin xalq tərəfindən həmişə dəstəkləndiyini, builki bələdiyyə seçkilərində də partiyamızın mütləq qələbə qazanacağına əmin olduqlarını bildirdilər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB