YAP Şamaxı rayon təşkilatı bu mövzuda tədbir keçirib
Bu gün YAP Şamaxı rayon təşkilatı rayonun Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş "Müstəqil dövlətin müstəqil övladları" mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları, ilk olaraq, məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnurə Babaşova, bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdı: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu".
Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və Ağsaqqalar Şurasının sədri Ağarza Bayramov Azərbaycanın ikinci dəfə əldə etdiyi suverenliyin, məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dönməz xarakter aldığını diqqətə çatdırıblar. Çıxış edən natiqlər vurğulayıblar ki, 1995-ci ildən başlayaraq, ölkədə iqtisadi inkişaf tədbirlərinin əsası qoyulmuş, bütün sahələrdə, ardıcıl olaraq, həyata keçirilən islahatlar, əhalinin maddi rifah halının yaxşılaşması, vətəndaşların təhlükəsizliyinə dövlət təminatı xalqın inamını bərpa etdi. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasətlə Azərbaycan daha da qüdrətli ölkəyə çevrilib. İndi regionun aparıcı dövləti kimi, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir və uğurlarının sayını günü-gündən artırır.
Çıxışlardan sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilib.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB