Səbail rayonunda "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib - FOTOLAR
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Səbail rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət mütəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Bakı Beynəlxalq Multikulturalizim mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühim hadisəsi olaraq qiymətləndirdi. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd edib ki, Ümummilli Liderimizin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır.
Tədbir iştirakçılarını 18 oktyar – Azərbaycanın Dövlət Müstəqilliyi günü münsibətilə ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvəllərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay kimi qısa müddətdə formalaşdırdığı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerinə yetirdiyi tarixi xidmətlər və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sin 16 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündən-günə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat verdi.
Deputat vurğulayıb ki, xalqımız və dövlətçiliyimiz üçün ağır və ziddiyətli dövr olan 1991-1993-cü illərdə Azərbaycanda gedən son dərəcə gərgin və mürəkkəb proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran və torpaqlarımızın bir hissəsinin işğal olunması respublikadakı vəziyyəti daha da acınacaqlı etmişdi. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin respublika üçün belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəlməsi və müstəqilliyimizi qoruyub saxlayaraq xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycan tənəzzüldən qurtuluş yoluna qədəm qoydu.
Ş.Hacıyev Azərbaycanın bugünkü müstəqilliyinin əsas təməli və qarantı olan “Əsrin Müqaviləsi”nin imzalanmasını xüsusilə qeyd edib.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə arxalanan İlham Əliyevin modernləşmə və tərəqqi siyasətinin bundan sonra da dövlətimizi böyük uğurlara və yüksək rifaha aparacağını vurğulayan Ş,Hacıyev Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olacağına dair əminliyini ifadə edib.
Bakı Beynəlxalq Multikulturalizim mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi Bəhman Kərimov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova və digər natiqlər müstəqillik illərində Azərbaycanda müasir dövlət quruculuğu haqqında maraqlı məruzələrlə çıxış ediblər.
Tədbir istedadlı tələbələrin ifasında bədii hissə ilə sona çatıb.
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB