YAP Şamaxı rayon təşkilatının seçki qərargahının yığıncağı keçirilib
YAP Şamaxı rayon təşkilatının seçki qərargahının yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək, partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. O, qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Şamaxı rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara və qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq.
Rayon təşkilatının sədri, onu da bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən məkrli qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: «Azərbaycan gücləndikcə, daxildəki «5-ci kolon» və xaricdəki mühacirlər adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasını daha da böyüdürlər. Onlar xaricdəki antiazərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirərək alətə çevrilirlər.» B.Abbasov bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.
Yığıncağında bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Şamaxı rayon seçki qərərgahı seçki məntəqələrində fəaliyyət göstərəcək məşvərətçi və müşahidəçilərinin siyahısı təsdiq olunub, həmçinin, seçki qərərgahı üzvləri Tünzalə Yusifova, Mayıl Alcanov, Ağarza Bayramov, Altay Məmmədov, İlham Vəliyev və digərləri bir sıra məsələlərə baxaraq, müzakirə edib və müvafiq qərarlar qəbul edilib.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB