"Qlobal Medianın inkişaf trendləri: Risklər və İmkanlar" mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bu gün Bakıda Mətbuat Şurası və Qlobal Jurnalistlər Şurasının təşkilatçılığı ilə "Qlobal Medianın inkişaf trendləri: Risklər və İmkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim media kapitanları və digərləri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirililməsi ilə başlanıb. Konfransa Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim moderatorluq ediblər.

Çıxış edən Əflatun Amaşov söyləyib ki, Şərqlə Qərbin qovşağında yerəşən Azərbaycan tolerantlıq mühitinin bərqərar olduğu, beynəlxalq toplantıların keçirildiyi məkandır: "Bugünkü toplantının keçirilməsi Azərbaycanda medianın aktuallığından xəbər verir".

O bildirib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: "Neqati hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallar qarşı birgə çıxmağı tələb edir. İnternetin yaratdığı imkanlar dinamiklik üçün imkanlar yaradır".

Ə.Amaşov söyləyib ki, Azərbaycan ikili standartlarla üzləşir: "Hər ən bir sıra proseslərdə ikili standartlı, dünyada qeyri-oğbyektivliyin, qərəzliyin şahidi oluruq. İnanırıq ki, bu Konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdtqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıraldarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək".

Daha sonra çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmət Ali Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb. O, Türkiyə çoxlu sayda media ilə bağlı təşkilatların olduğunu qeyd edib: "Bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır, türk düşməni olmayan jurnalistlər üzvlərimizdir".

Prezident İlham Əliyevin salamlarını çatdıran Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib ki, bu gün Türk Dünyasının gözü və ürəyi Bakıdadır: "Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq. Qlobal Jurnalistlər Şurasına və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna bu toplantının Bakıda keçirilməsində dəstəyinə görə təşəkkür edirəm".

Azərbaycanın gördüyü işin haqlı, ədalətli olduğunu vurğulayan Ə.Həsənov Azərbaycanda müxtəlif xalqlar və dinlərin mültikultural cəmiyyətdə yaşadığını vurğulayıb: "Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən bir ideologyiadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalətə qarşı olan dövlətlər var və onların qurduğu rejimlər sülhü də təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yaxın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox insanı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət arayırıq. Beynəlxalq təkilatarın qəbul etdiyi qərarlar ikilistandartlar nəticəsində həyata keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması əks olunub. Ancaq 20 ildən çoxdur ki, qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir. Görün Türkyənin başına oyun açmaq üçün hansı ədadətsizliklər edirlər. 100 il əvvəl olmayan hadisə ilə bağlı Türkiyəni soyqırımda ittiham edirlər".

Prezidentin köməkçisi qeyd edib ki, erməni daşnaklar dəfərlərlə Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımlar törədiblər: "1915-ci ildə Türkiyəni parçalamaq üçün hərəkat yaradanlar Türkyədə yaşayan satqın ermənilər və onlardan yaradılan dəstələr olub. Ondan sonra dünyada çoxlu sayda Türkyə diplomatını qətlə yetiriblər. XX yüzillikdə 3 dəfə – 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı soyqırımlar törədiblər".

Ə.Həsənov deyib ki, Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar" Bakı Beynəlxalq Media konfransı Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaradır: "Azərbaycanın mövcud inkişafını isə görürsünüz. Ölkəmiz bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Azərbaycan neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilib. Azərbaycan mediasının inkişafı üçün bu imkanlardan istifadə edərək gözəl şərait yaratmışıq. Azərbaycanda media azad şəkildə inkişaf edir. Bu gün ölkədə 10 milyon insandan 8 milyonu İnternet istifadəçisidir. 3 milyon insanımız sosial şəbəkələrdə informasiya ehtiyaclarını ödəyirlər. Sosial media Azərbaycan mediasının beynəlxalq media ilə əlaqələrin inkişafına mühüm təsir göstərir. Dövlət azad mediaya dəstək verir. Azərbaycan azsaylı dövlətlərdəndir ki, medianın inkişafı üçün qrantlar, maliyyə yardımı ayrılır, media təmsilçiləri üçün evlər tikilir, onların lazımi təhsil almasına dəstək verilir. Qəzetlərin borcları silinib. Azərbaycan dövləti plüralist cəmiyyətin tərəfdarı olub və buna dəstək verib. Biz medianın imkanlarından istifadə edib həm Türkiyənin, həm Azərbaycanın problemlərini, hər iki dövlətin sülh və inkişafı dəstəklədiyini dünyaya çatdırmağa çalışırıq. Təəssüf ki, bu gün dünyada İslama və türklərə qarşı müəyyən siyasətlər həyata keçirməkdədir. Bəzi qüvvələr media qurumları bizə qarış fəaliyyət aparır".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin təməli sağlam qoyulub: "Biz diaspomuzu və mediamızı birləşdirməli və haqsızlıqlarla birgə mübarizə aparmlıyıq".

Tədbirin davamında çıxış edən "Habertürk" Televiziyasının təmsilçisi Bülent Aydemir söyləyib ki, Türkiyənin haqlı davasında sanki işğala getmiş kimi propaqanda aparılır, terror təşkilatı və onun dəstəkçisi ölkələrə qarşı bizim əsgərlərimiz mübarizə aparır. Təəssüf ki, bu mübarizənin propaqanda ayağında zəifliyimiz var. O bildirib ki, eynilə Qarabağda işğalçı dövlətlər terrordan istifadə edirdilər, hal-hazırda da Türkiyəyə qarşı terror təşkilatından istifadə edir, 10-15 milyardlıq silah sursatla təmin edərək dəstəkləyirlər: "Təəssüf ki, özlərinə müsəlman deyən bəzi dövlətlər terror təşkilatını dəstəkləyirlər. PKK da belə istifadə olunan terror təşkilatıdır. Şanlıurfada, Suruçda, Dolmabahcede Ankarada öz millətini öldürən terror təşkilatından danışırıq. Türkiyənin bu əməliyyatı interasiya olunmuş təhlükəsizlik ve sərhəd planıdır və kəsinliklə hansısa ölkənin ərazisini işğal etmək məqsədi daşımır. Bugün Türkiyə müdafiə naziri Hulusi Akar deyib ki, Ras al Aynden Tel Ebyada qədər 122 km ərazi terrorçulardan təmizlənib. Türkiyə ordusunun bütün ərazini terror təşkilatından təmizləməyə gücü və qüdrəti var. İndi isə Amerikanin dəstəyindən məhrum olandan sonra terror təşkilatı indi də Rusiyaya yaxınlaşmağa çalışır. Qlobal imperialist təzyiqlərinə qarşı Türkiyə İran və Rusiyanın daxil olduğu Astana prosesi ilə, regional güclərin köməyi ilə vəziyyətdən çıxmağa çalışır. Türkiyəyə imperialist dövlətlərinə qarşı bütün dövlətlər dəstək verməlidir, bu baxımdan medianin köməyi də önəmlidir".

Çıxış edən millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu medianın yumşaq güc olduğunu nəzərə çatdırıb: "İnformasiyaya hakim olan dünyaya hakim olacaq. İnformasiyanı yayan da bizlərik".

Sonda Mətbuat Şurasının sədri, millət vəkili Ə.Amaşov qeyd edib ki, bir millətin iki dövləti ola bilər: "Amma bir millətin iki diasporu, iki mediası ola bilməz".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə