Qanunsuz ovla məşğul olan şəxslərdən odlu silah götürülüb

Qanunsuz ovla məşğul olan şəxslərdən odlu silah götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 patron, 5 giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə “Sent-Tite” markalı tüfəng, 10 patron, 1 giliz və 2 quş götürülüb. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açdığına görə saxladıqları G.Yolçuyevin yaşadığı evə baxış zamanı nömrəsi silinmiş “İJ-43” markalı tüfəng aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə