Tarixçi: "Sumqayıt hadisələrini çəkib bizi ən dəhşətli millət kimi qələmə verməklə ermənilər Qarabağ hadisələrini reallaşdımaq məqsədi güdürdülər" - MÜSAHİBƏ
Tarix elmləri doktoru, pofessor Xəlil Köçərlinin SİA-ya müsahibəsi:
- 1988-ci fevralın 28-29-da ermənilər Sumqayıt şəhərində ilk insan qırğını ilə müşahidə olunan qanlı hadisə törətdilər. Bu hadisələrin təfərrüatı haqqında nə deyə bilərsiniz?- Sumqayıt hadisələri ermənilərin Azərbaycan xalqına qarşı 200 ildən artıq apardıqları siyasətinin labüd nəticəsi, onun bir həlqəsidir. 1985-ci ildə hakimiyyətə gələn Mixail Qarbaçov ermənilərlə hərtərəfli əlaqəyə girdi. Öz ətrafına erməni lobbisini topladı. Onlar Azərbaycana qarşı ulu torpağı ələ keçirmək uğrunda erməni tələblərini həyata keçirməyə səy göstərdilər. O zamanki SSRİ dövlət təhlükəsizlik komitəsinin sədrinin birinci müavini son illər də dövlət təhlükəsizlik komitəsi və "Hakimiyyət" adlı kitab çap edib ki, bu kitabda Azərbaycan haqqında xeyli həqiqətlər öz əksini tapıb . O göstərir ki, Qarbaçovun hakimiyyətə gəlməsi ilə anti-türk, anti-Azərbaycan siyasəti açıq, yeni şəkildə təbliğ olunmağa başlandı. İstər İrəvanda, istərsə də Xankəndində daşnak partiyası açıq fəaliyyətə başladı. Biz bu barədə SSRİ-inin köçməsi təhlükəsizliyini görərək Qarbaçova məlumat verdiksə də o buna məhəl qoymadı. Bildirdi ki, guya bu yenidənqurmanın labüd nəticəsidir. Elə buna görə də 1988-ci ilin əvvəlindən erməni daşnakları açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər, bizə qarşı İrəvanda, Xankəndində nümayişlər tətillər keçirildi.
Qarbaçov isə erməniləri hərtərəfli müdafiə etdi. Bu da təsadüfi deyildi. Belə ki, Qarbaçov hələ 1987-ci ilin sonunda Vaşinqtonda rəsmi dövlət səfərində olarkən erməni biznesmenləri onun həyat yoldaşına çox qiymətli hədiyyələr, hətta üzərində Arsak sözü yazılmış 62 karatlıq boyunbağı bəxşiş etmişdilər. Ermənilərdən çoxlu miqdarda rüşvət alan Qarbaçov açıq şəkildə bildirdi ki, ermənilərə açıq işıq yandıracaq, onların ərazi iddialarını təmin edəcək. Elə bunun nəticəsi olaraq 1988-ci ilin yanvarından Ermənistandakı azərbaycanlılar ata-baba yurdundan kütləvi şəkildə qovulmağa başladılar. Onların bir hissəsi Sumqayıtda, bir hissəsi Bakıda yerləşdi. Eyni zamanda mərkəz açıq şəkildə Azərbaycanın hüquqlarını tapdalamağa başladı. Belə bir şəraitdə Sumqayıtda, Bakıda Dağlıq Qarabağda xalq hərəkatı gücləndi. Moskvanın ermənipərəst mövqeyinə qarşı çıxış etməyə başladı.
- Maraqlı odur ki, Sumqayıt hadisələrindən 2-3 gün sonra İrəvanda "Sumqayıt hadisələri - genosid" adlı kitab dərc olundu. Bu kitab əvvəlcədən hazırlanan ssenarinin tərkib hissəsi ola bilərdimi?
- Onların hamısı əvvəlcədən yazılan bir ssenari idi. Azərbaycan xalqını dünyada vəhşi, qaniçən bir millət kimi təqdim etməyin nəticəsi ilə Sumqayıt hadisələri düzəldilmiş bir faciə idi. Burada Azərbaycan xalqının heç bir günahı yoxdur. Azərbaycan, ümumiyyətlə, türk xalqı qədim zamanlarda həmişə seçilib, müxtəlif din mənsəblərinə hər zaman çox xoşhal yanaşıb. Burada heç bir dini nifrət, düşmənçilik əhval-ruhiyyəsi hökm sürməyib. Azərbaycan tolerantlığı ilə hər zaman seçilən bir ölkədir. Sumqayıt hadisələrini çəkib bizi dünyada ən dəhşətli millət kimi qələmə verməklə ermənilər özlərinin Qarabağ hadisələrini reallaşdımaq məqsədi güdürdülər. Biz deyirik ki, Qriqoryan bu işdə fəal iştirak etdi. Lakin onun arxasında duran sifarişçilərin hamısı, erməni lobbisi Moskvadan idarə olunurdu. Burada Azərbaycan xalqı heç bir genasid nəticəsi güdməyib, bütün hallarda ermənilərə yaxşı münasibət bəsləyib. Bütün cinayətlərin başında Moskvada Qarbaçovun ətrafında olanlar qurdular və faciəni də onlar törətdilər. Təsadüfi deyildir ki, hadisələrdən bir neçə gün sonra şəxsən Qarbaçov Zori Balayanı qəbul edib, ətraflı söhbət edib, bildirib ki mən axıra qədər Dağlıq Qarabağın Ermənistana verilməsi sahəsində bütün fəaliyyətimi davam etdirəcəyəm və bu belə də oldu.
Məsələ bundadır ki, ermənilər olmayan soyqırım haqqında 26 min kitab buraxıblar. Bu onu göstərir ki, ermənilər yalan danşmaqda, iftira atmaqda dünyada əsl çempion rolunu oynayır. Azərbaycan, türk xalqına qarşı nifrət yaratmaq, onu düşmən gözündə görmək üçün ermənilər çox iş görüblər, o cümlədən də Sumqayıt hadisələri bunun canlı ifadəsidir.
Ermənistan prezidenti Serj Sarkisyan xarici müxbirlərlə görüşdə bildirib ki, bizə deyirlər ki, torpaq işğal etmişik. Bəli etmişik. Bunu ona görə etmişik ki, öz təhlükəsizliyimizi təmin edək. Erməni prezidentinin sözündən belə çıxır ki, hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün qonşu dövlətin torpaqlarını işğal etməlidir. Erməni işğalçılığı uzun illərdir ki, davam edir. Baxmayaraq ki, BMT-nin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsi var, hələ də bu qətnamələr yerinə yetirilməyib.
- Zaman- zaman türk, Azərbaycana qarşı soyqırım həyata keçirən ermənilərin Dünya Birliyi tərəfindən heç bir təzyiqə məruz qalmamasını ikili standartlarla əlaqələndirmək olar?
- Bu tamamilə ikili standartların nəticəsidir. Məsələ ondan ibarətdir ki, istər Rusiya, istər Fransa, istərsə də Amerika dövlətləri ATƏT-in Minsk qrupunun həmsədrləri kimi bütün hallarda erməniləri müdafiə edib, bu gün də müdafiə etməkdədirlər. Madrid prinsipi əsasında münaqişənin tənzimlənməsi əsas götürülsə də son zamanlar ermənilər bundan da imtina etdilər, onun müddəalarından qaçdılar. Qeyri-şərtsiz Azərbaycan torpaqlarının azad edilməsi kimi mühüm iddia qulaq ardına vuruldu və bu günün özündə erməni mafiyası dünyada böyük təxribat işi aparır.
Təsadüfi deyildir ki, 2010-cu ilin axırlarında ABŞ kimi dövlətdə erməni cinayətkarlarının 70 nəfərdən çoxu həbs edilib. Onlar narkomaniya, terrorda ittiham edildilər. Lakin bu dünya ictimaiyyətinə yetərincə çatdırılmadı. Eyni zamanda bu ilin əvvəlində də Amerikadakı erməni terroristləri müxtəlif cinayətlər törətmişdilər və 99 nəfər həbs edilib. Onların həbslərinin nəticələri bu günə qədər ictimaiyyətə çatdırılmayıb. Bu o deməkdir ki, dünya xristianları açıq şəkildə islam dininə qarşı birləşib, bizim haqlı iddialarımızı nəzərə almırlar, açıq şəkildə erməni mafiyasını müdafiə edirlər. Bu ikili standartların labüd nəticəsidir. Son illərdə Rusiyanın təşəbbüsü ilə 6 dəfə prezidentlərin üçtərəfli görüşləri keçirilib. Bu görüşlərin də elə bir nəticəsi yoxdur. Erməni prezidenti bütün hallarda bu danışıqlardan kənarda qalır, boyun qaçırır. Düşmən tərəf Madrid prinsiplərinin həyata keçiriməsi üçün bir addım da olsa irəli atmayıb. Bütün bunlar subut edir ki, indinin özündə də ikili standarltlar mövcuddur, davam edir və dünyanın iri dövlətəri də buna göz yumurlar.
- Prezident İlham Əliyevin Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində apardığı siyasəti neçə şərh edə bilərsiniz. Sizcə, sülh danışıqları nəticəsiz qalarsa, müharibə qaçılmaz olarmı?
- İstər ulu öndər Heydər Əliyev, istərsə də onun varisi Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl, məqsədyönlü siyasət yeridir. Bu da ondan ibarətdir ki, qan tökülməsin, münaqişə dinc yolla həl olunsun, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar həyata keçirilsin.
Azərbaycan Prezidenti İlham Əliyev son görüşdə bir daha bildirib ki, biz məsələnin dinc yolla həll olunmasına çalışırıq. Əgər mümkün olmasa, biz başqa cür hərəkət etməliyik. Biz öz torpaqlarımzda, ərazilərimizdə ikinici erməni dövlətinin yaranmasına imkan verə bilmərik. Bizim başlıca məqsədimiz ilk növbədə dinc yolla məsələnin həll olunmasına nail olmaqdır. Əgər bu mümkün olmasa, biz müharibə yoluna əl atmalı olacağıq. Çünki həqiqət bizim tərəfimizdədir. Bütün qanunlar bizi müdafiə edir. Odur ki, biz torpaqlarımızı erməni işğalçılığından azad etməliyik. Artıq 23 ildir ki, biz gözləmə mövqeyindəyik və bu mövqeyin də bir səddi var. Heç şübhəsiz ki, sülh yollu ilə alınmasa, bizim xalqımız torpaqlarımızı hərb yolla qaytarmağa tam hazırdır. Bu bizim başlıca borcumuzdur. Müstəqil vəzifəmiz torpağın azad olunmasına nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB