Oktyabrın 23-25-də ADA Universitetində İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AİCT2019) mövzusunda 13-cü beynəlxalq konfrans keçiriləcək. Universitetdən bildirilib ki, builki konfrans görkəmli alim Lütfi Zadənin irsinə həsr olunur. Konfransa Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers) Azərbaycan şöbəsi texniki dəstək verir. Təqdim olunan məruzələr İKT-nin tətbiqi ilə bağlı elmi-nəzəri yenilikləri, ən son texnologiyaları, standartları, məhsulları və layihələri əhatə edir. AİCT2019 konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.
Tədbirin İKT-nin beynəlxalq tətbiqi sahəsinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Dünyanın 20-dən çox ölkəsinin alim və mütəxəssisləri konfransda bir araya gələrək İKT-nin elm, təhsil, biznes, sənaye, idarəetmə, tibb, sosial və humanitar sahələrdə tətbiqi ilə bağlı ən son yenilikləri bölüşəcək, müzakirə edəcək və təbliğ edəcəklər. AİCT2019 konfransına bir çox elmi istiqamətlər üzrə, o cümlədən qeyri-səlis məntiq və “soft kompyutinq”, irihəcmli data mühəndisliyi və təhlili, kibertəhlükəsizlik və s. mövzularda məruzələr qəbul edilib.
Ətraflı məlumat konfransın rəsmi veb-səhifəsində http://www.aict.info/2019 yerləşdirilib .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB