Erməni xalqının bəlası - Paşinyan

Erməni xalqının bəlası - Paşinyan

Son sərsəm bəyanatları Nikolun kürsüyə "əlvida" deməsini tezləşdirəcək

İşğalçı və quduzlaşmış Paşinyan "Qarabağ Ermənistanındır, nöqtə, vəssalam!" böyük qələtinin cavabı Azərbaycan Prezidentinin "NİDA!" cavabı Nikolu, nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsində cavab olmaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla, dövlət başçısı bu məsələni bir daha təkrar çatdırdı: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir".

Ancaq səbatsız və sərsəm Paşinyan hələ də "nida"nı anlaya bilmir, anlasa da, artıq gec olacaq. Bir məqamı da qeyd edək ki, vasitəçilər də torpaqların işğaldan azad edilməsinin başlıca məsələ olduğunu gün kimi bilirlər. Sadəcə olaraq, problemin həlli üçün onların ayrı-ayrı açarları mövcuddur və bu açarlarla onlar bir-birinin qıfılını aça bilmirlər. Məhz Paşinyanın anlamazlığının real cavabı "Qarabağ Azərbaycanındır və nida işarəsi" ifadəsi Paşinyanın onurğasına vurulan ağır bir zərbə olaraq birdəfəlik "nakaut" halına düşməsidir. Ən maraqlı məqam isə, Azərbaycan Prezidenti Qarabağ həqiqətini dünyaya Rusiya prezidenti Vladimir Putinin də dinləyicisi olduğu auditoriyadan bəyan edirdi. Çıxışdan bir gün qabaq isə, Rusiya xarici işlər naziri Sergey Lavrov Nikol Paşinyanı "Qarabağ Ermənistanındır və nöqtə" fikrinə görə qınamış, belə mövqeyin sülh prosesinə fayda gətirmədiyini bildirmişdi.

Lakin rəsmi Moskva Azərbaycan Prezidenti İlham Əliyevin analoji bəyanatına, daha doğrusu, kontur-cavabına ("Qarabağ Azərbaycanıdır və nida işarəsi!") heç bir neqativ reaksiya bildirmədi - nə Sergey Lavrov, nə də onun sözçüsü Mariya Zaxarova səviyyəsində. Bu da məntiqlidir. Çünki dünya birliyi, o cümlədən, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir.

Prezident İlham Əliyevin çıxışında xatırlatdığı BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsində də ərazi bütövlüyü prinsipi öz əksini tapıb və Ermənistan işğalçı kimi göstərilib.

Ermənistanın siyasi isteblişmentində güclü təlaş yaradan məqam da elə budur. İrəvanın 1 nömrəli müttəfiqi sayılan Rusiyadan belə bəyanatın səslənməsi, üstəlik, ona rəsmi Moskvanın, Putinin, Lavrovun və Zaxarovanın susqunluq göstərməsi. Çünki susmaq razılıq əlaməti sayılır. Bu mənada, çıxış işğalçı ölkədə, haqlı olaraq, Bakının uğurlu diplomatik həmləsi kimi qiymətləndirilib. Paralel surətdə Paşinyan və onun xarici siyasəti ciddi tənqidə tuş gəlib.

Bu yerddə bir məqamı da vurğulamaq yerinə düşər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti bu günlərdə Qobuda köçkün qəsəbəsinin açılışı zamanı etdiyi çıxışında bir daha Soçidəki tezisi təkrarlayıb. Bildirib ki, sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaq. "Dağlıq Qarabağ Azərbaycanındır, nida işarəsi. Vəssalam" deyə Prezident İlham Əliyev əzəli torpaqlarımızda ikinci saxta erməni dövləti qurmaq sevdası ilə yaşayan ermənilərin arzusunu həmişəlik basdırıb. Onların, ilk növbədə də, avantürist erməni rəhbərlərinin, eləcə də, işğalçının başını sığallayan çevrələrin boşuna gözlədikləri barədə aydın təsəvvür yaradır.

Dmitri Savelyev: "Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi prinsipial və dəyişməz qalır"

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Prezident İlham Əliyevin "Valday" Forumundakı çıxışını təhlil edərkən və konfliktin həllində Rusiyanın rolundan danışaraq bildirib ki, Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi prinsipial və dəyişməz qalır: "Problemin həlli sırf sülh xarakteri daşımalıdır. Rusiya bu münaqişənin həllində inkişafa nail olmaq üçün bütün zəruri səyləri göstərməyə hazırdır".

D.Savelyev Ermənistanın Azərbaycan ərazisini qeyd-şərtsiz azad etməyə borclu olduğunu da söləyib: "Dağıdılmış və təhqir edilmiş Dağlıq Qarabağ işğaldan azad edilmiş, çiçəklənən Azərbaycan torpağına çevrilməlidir. Görün, 2016-cı ildə azad edilmiş ərazidə nə qədər işlər görülüb! Bu, onu göstərir ki, münaqişə beynəlxalq hüquqa müvafiq surətdə həll ediləndən sonra Dağlıq Qarabağı necə bir inkişaf gözləyir. Şübhəsiz ki, rusiyalılar Dağlıq Qarabağ ətrafındakı vəziyyətə laqeyd qala bilməzlər, çünki ölkəmiz ATƏT-in Minsk Qrupunun həmsədridir".

Beləliklə, işğalçı ölkədə baş verənlər, onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. Ona görə də, işğalçı Ermənistanın küçə təfəkkürlü rəhbəriliyi, Paşinyan da sələfləri kimi, səbəbi qoyub, nəticələrlə uğursuz mübarizə aparır. Hər dəfə Paşinyanın sərsəm bəyanatları, xüsusilə də, sonuncu böyük qələti olan "Qarabağ Ermənistanındır, vəssalam!" sərsəm bəyanatının bədəlinə cavab "NİDA!" olmalı idi. Məhz Ermənistanın son günlərdəki durumu, onu bir daha göstərir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. Paşinyan da sələfləri kimi, səbəbi qoyub, nəticələrlə uğursuz mübarizə aparmamalıdır. Çünki yekun eyni olacaq, daha dəqiqi, daha pis... Yəni Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq!!!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə