Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb

Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb

Bu gün ölkədə balıqçılığın tənzimlənməsi, balıq ovu qaydalarına riayət edilməsi balıqçılığın sivil yollarla aparılmasının təmin olunması ən aktual, prioritet və günümüzün ən vacib məsələlərindən biridir. SİA xəbər verir ki, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ETSN-də bu günkeçirilən mətbuat konfransında deyib.

Departament direktoru qeyd edib ki, bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən silsilə tədbirlər həyata keçirilir. “Əgər biz qısa tarixi təhlil etsək görərik ki, son bir-iki il ərzində ilk növbədə akvakulturanın, nohur balıqçılığının inkişafı sahəsində çox böyük addımlar atılıb. Uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq tesərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır. Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir və yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. Adi bu fakt o deməkdir ki, bu təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzun müddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq”, deyə Hikmət Əlizadə bildirib.

Direktor bildirib ki, Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb: "Nərəcinsli balıqlar kilkə balıqlarla qidalanır. Son illərdə isə Xəzər dənizində "Mne obsis ledi" adlı həşərat əmələ gəlib. Həmin həşəratlar kilkə balıqlarını məhv edir. Kilkə balıqlarının məhvi isə onlarla qidalanan nərə balıqlarına da mənfi təsir göstərir və nərə balıqların da ehtiyatı azalır".

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə