Naxçıvandakı hərbi hissədə məşğələ keçirilib

Naxçıvandakı hərbi hissədə məşğələ keçirilib

Ölkəmizə ağır texnika və yük avtomobillərinin idxalını həyata keçirən “Grand Motors” MMC-nin təlim keçmiş yüksəkixtisaslı heyəti tərəfindən Naxçıvandakı hərbi hissədə məşğələ keçirilib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, ordudakı müxtəlif markalı buldozerlərin heyətləri ilə keçirilən məşğələdə əsas diqqət texnikanın istismarı qaydalarına və texniki qulluğun göstərilməsinə yönəldilib.

Məşğələ zamanı buldozer texnikalarında mühərrik yağlarından istifadə, texniki müayinə və akkumulyator batareyalarına qulluq qaydaları praktiki olaraq göstərilib.

Məşğələnin sonunda buldozerlərin heyətlərindən məqbullar götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə