UNEC XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunub

UNEC XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində təmsil olunub. UNEC-dən SİA-ya bildirilib ki, stenddə ziyarətçilərin universitetdəki bakalavr və magistr təhsili üzrə ixtisaslar, ABŞ-ın və Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə, eləcə də xüsusi təqaüd proqramları barədə sualları cavablandırılıb.

UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsmlər, həmçinin tələbə dizaynerlərin rəsmdə çəkdikləri libasları canlı olaraq nümayiş etdirmələri xüsusi marağa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə