MSK tərəfindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılır Baş Prokurorluq

MSK tərəfindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılır Baş Prokurorluq

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən daxil olan şikayətlər çox ciddi şəkildə araşdırılır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

Belə şikayətlərin olmasını təbii hal sayan R.Usubovun sözlərinə görə, bələdiyyə seçkilərində hər bir kəs aktiv iştirak etməlidir: "İnanıram ki, bu seçkiləri də yüksək səviyyədə keçirəcəyik. Azərbaycan siyasi sistemində yerli özünüidarəetməyə xüsusi yer ayrılır. Qanunvericilikdə bələdiyyələrin vəzifələri, onların cəmiyyətdəki rolu müəyyən edilib. Bələdiyyələr bütün sahələrdə lazımi qurum olduğunu təsdiq edə biliblər".

Bütün xəbərlər Facebook səhifəmizdə