Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq Cavid Qurbanov

Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq Cavid Qurbanov

"Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: “Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".

Sədr əlavə edib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə