Bu gün Humanitar Tədqiqatlar Cəmiyyəti "Dağlıq Qarabağ münaqişəsi mətbuatda" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub. Tədbirdə çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirib ki, təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanda və ölkədən kənarda olan internet resursları barədə məlumat toplayıb. O vurğulayıb ki, toplanan məlumatlara əsasən belə bir qənaətə gəlinib ki, Dağlıq Qarabağla bağlı internet resurslarının vəziyyəti qənaətbəxş deyil. Onun sözlərinə görə, ölkədə münaqişə ilə bağlı ən zəngin resurslar azərbaycan. az saytında yerləşdirilib.
"Bunda əlavə münaqişə ilə bağlı geniş məlumatlar Prezident Kitabxanası, Odlar Yurdu saytında öz əksini tapıb. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bu mövzuya investisiyalar qoyulur. Bu da o deməkdir ki, sözügedən sahə dövlətin diqqətinə çevrilib. Münaqişə ilə bağlı ötən il şuraya layihə təqdim etmişdik və bu layihə ilin layihəsi adlandırılıb. Layihə çərçivəsində yaradılan Qarabagbloq.com saytı ilə bağlı yenidən şuraya müraciət etmişik. Biz bu saytı milliləşdirmək, şuraya vermək qərarına gəlmişik. Hazırda şurada bununla bağlı müzakirələr aparılır",- deyə Ə. Həsənov qeyd edib.
Tədbir müzakirələr əsasında davam edib. Tədbirdə çıxış edən bəzi QHT rəhbərləri də mövzuya münasibət bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB