Ədəbiyyat üzrə Nobel mükafatını kimlər aldı?

Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlərin adları açıqlanıb. SİA-nın verdiyi məlumata görə, polşalı yazıçı Olqa Tokarçuk 2018-ci il, avstriyalı yazıçı Peter Handke isə 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi olublar.

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi mərasimi ləğv edilmişdi. Çünki mükafatın kimə verilməsində yaranan qalmaqal səbəbindən bir çox jüri üzvü istefa vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə