Zaqatalada təqaüdçülər bankomatlardan təqaüdlərini tam ala bilmirlər - ŞİKAYƏT
Azərbaycanda gedən sürətli iqtisadi islahatlar əhalinin sosial müdafiəsinin daha da yaxşılaşmasına təsir edib. Bu gün rayon mərkəzlərində, qəsəbələrdə pensiyaçıların təqaüdlərini rahat şəkildə almaları üçün bankomatlar qoyulub. Zaqatala rayon mərkəzindəki bankomatların təyinatı əhaliyə xidmət olsa da, hansı səbəbdənsə yaşlı insanlara problem yaradır.
Pensiyaçıların SİA-nın Şimal-Qərb bürosuna verdiyi məlumatlardan belə məlum olub ki, Zaqataladakı bankomatların bir neçəsi ümumiyyətlə işləmir, işləyənlər isə 50 manatlıq əskinazdan başqa pul olmadığı üçün xeyli pensiyaçı öz halal pulunu ala bilmir. Məsələ ilə maraqlanan əməkdaşımız qaldırılan şikayətin tamamilə öz əksini taptığını deyib: "Pensiyaçı Asəf Nuriyevin dediyinə görə, bankomatların çoxunda yalnız 50 manatlıq əskinaz olduğu üçün öz təqaüdünü neçə gündür ki, ala bilmir, çünki A.Nuriyevin bankomatda qalan pensiyasının məbləği cəmi 35 manatdır".
Bankomatlardakı acınacaqlı vəziyyətlə tanış olduqdan sonra müxbirimizə bir faktı da deyiblər ki, bankların bu addımı atmaqda məqsədi pensiyaçıların pulundan əlavə qazanc əldə etməkdir.
Pensiyaçı: "Mən Mərkəzi poçtun qarşısındakı bankomata kartımı saldım, orada yalnız 10, 20 və 50 manatlıq əskinazın olduğu yazılmışdı. Səhər tezdəndən növbə gözlədim, sonunda da belə.Odur ki qərara gəldim ki, 20 manat götürüm. Digər bankomatlardanda yerdə qalan 15 manatı almaq üçün istifadə etdim .Nəticədə 30 manat ala bildim çünki bankomatlarda 5 manatlıq əskinaz yox idi, həm də mən xırda pul axtaranadək artıq 5 manat əvəzinə 2 manat qalmışdı. Pensiyaçı kimi demək istəyirəm ki, mənim 5 manata da ehtiyacım vardı. Əgər hər dəfə günlərlə növbəyə dayanıb sonra da pul itirəcəyiksə, bunun harası oldu rahatlıq?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB